Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Mərkəzi Bankdan alacağı 1,8 milyard manatlıq kredit istehsal prosesinin modernləşdirilməsinə və qazma proqramlarının icrasına sərf olunacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, həmin vəsaitin 1,2 milyard manatı “Azərikimya” İB-nin və Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsinə, 600 milyon manatı isə üç il müddətinə SOCAR-ın qazma proqramlarının icrasına yönəldiləcək.