[ 14 Sentyabr 2015 17:10 ]
Bakı. Ramiz Mikayıloğlu-APA. Gələn il qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitin həcmi açıqlanıb.
APA-nın məlumatına görə, gələn il üçün dövlət büdcəsinin layihəsində qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirlərinin maliyyələşdirilməsinə 224, 4 milyon manat yönəldilməsi nəzərdə tutulub.
Bu vəsait Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə ayrılacaq.