x
Loading...

Ötən il sahil zolağında 1862 monitorinq aparılıb

12:53 29 Yanvar 2015
295 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Bakı, 29 yanvar, AzərTAc 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən ötən il ərzində Xəzər dənizinin Azərbaycana aid şimaldan-cənubadək 955 kilometrlik sahil zolağında, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə ümumilikdə 1862 monitorinq keçirilib.
Nazirlikdən AzərTAc-a verilən məlumata görə, monitorinqlər dənizdə və sahil zolağında fəaliyyət göstərən müəssisələrdə formalaşan bütün növ tullantıların Xəzərin suyuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi təsiri təhlil və tədqiq edərək məlumat toplamaq, təsirin minimuma endirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə nail olmaq məqsədilə aparılıb.
Monitorinqlər zamanı respublika ərazisindən Xəzər dənizinə tökülən 247 axar qeydə alınıb. Həmin axarlardan götürülmüş 2850 su, qrunt-şlam və torpaq nümunəsi üzərində mütəmadi olaraq fiziki-kimyəvi, kimyəvi, mikrobioloji, bioloji və ekotoksikoloji tədqiqatlar aparılıb. Monitorinqlər Xəzər dənizinin və onun sahil zolağının neftlə çirklənməsinin öyrənilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istehsalat müəssisələrində, limanlarda, yanalma körpülərində keçirilib. Müəssisələrdən götürülmüş su nümunələrində neft məhsullarının miqdarının normadan artıq olduğu müəyyən edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_sahil_zolaginda_1862_monitorinq_aparilib-828283

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR