[ 16 Sentyabr 2015 13:48 ]
Bakı. Şəhriyar Əlizadə - APA. Xızı və Xaçmaz rayonlarında oğurluqda şübhəli bilinən şəxs tutulub.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xızı rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də Umleyla Mahmudovanın evindən 530 manat oğurlamış rayon sakini Pərviz Zeynalov saxlanılıb.
Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə sentyabrın 9-da Ruslan Nəcəfovun evindən qızıl əşyalar oğurlamış şəhər sakini Nurlan Məmmədov tutulub.
Faktlarla bağlı araşdırma aparılır.