[ 18 Sentyabr 2015 11:00 ]


Bakı. Məlahət Nəcəfova - APA. ABŞ müdafiə katibinin Rusiya, Ukrayna, Avrasiya üzrə köməkçisinin müavini, xanım Evelin Farkasın Azərbaycana səfəri başlayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərin məqsədi iki ölkə arasında əməkdaşlığı müzakirə etməkdir.

Qısamüddətli səfər zamanı onun Azərbaycanda bir sıra rəsmi şəxslərilə görüşləri nəzərdə tutulur.