Bakıda qadının evindən külli miqdarda pul aparan şəxs həbs edilib. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, cinayət hadisəsi bu il iyulun 26-da saat 23 radələrində A.Gəraybəyli küçəsində baş verib.
Naməlum şəxslər 47 yaşlı Şəhla Əhmədovanın mənzilindən açarseçmə yolu ilə içərisində 40.000 manat, 20.000 ABŞ dolları və 50.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlayıblar.
Cinayəti törətməkdə şübhəli bilinən 25 yaşlı Elnur Əliyev tutulub. O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə Tərtər Rayon Polis Şöbəsi tərəfindən axtarışda olub.
Gülər
Milli.Az