Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycanın Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) yay mövsümünün yekunu ilə bağlı iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən ADPU TGT sədri Cavid Hüseynov yay aylarında fakültələrin göstərdiyi fəaliyyətə görə nəticələri elan edib.
Nəticələrə əsasən Kimya fakültəsi yay mövsümünün ən fəal fakültəsi adını alıb.
Sonra, TGT-nin gələcək planları, Vakansiyaların və müsahibələrin nəticələri, strukturda edilən yenilik və dəyişiklər müzakirə olunub.
Daha sonda yay mövsümündə fəallığı ilə seçilən TGT əməkdaşlarına sertifikat və hədiyyələr təqdim olunub.
Gənclər Təşkilatının yay mövsümünün yekunu ilə bağlı iclası keçirilib
Gənclər Təşkilatının yay mövsümünün yekunu ilə bağlı iclası keçirilib