[ 19 Sentyabr 2015 16:21 ]


O, cinayətkar dəstəyə rəhbərlik etməkdə şübhəli bilinir

Bakı - APA. Rusiya Federasiyasının Komi Respublikasının rəhbəri Vyaçeslav Qayzer barəsində cinayət işi qaldırılıb.

APA-nın TASS gentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.

V. Markin bildirib ki, V. Qayzer onun müavini Aleksey Çernov, o cümlədən Aleksandr Zarubin və Valeriy Veselov adlı şəxslərdən ibarət cinayətkar dəstəyə rəhbərlik etməkdə şübhəli bilinir.

"Cinayətkar dəstənin məqsədi dövlət əmlakının cinayət yolu əldə edilməsi olub", - deyə V. Markin qeyd edib.