Olimpiya çempionuna Naftalanı məsləhət bildilər

Olimpiya çempionuna Naftalanı məsləhət bildilər
14:22 20 Sentyabr 2015
45 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın hündürlüyə tullanma üzrə Olimpiya çempionu Anna Çiçerovaya Azərbaycanın Naftalan kurortunda müalicə olunmaq tövsiyə edilib.

"Report" xəbər verir ki, bu barədə "Sport-express" nəşrinə müsahibəsində atlet özü məlumat verib.
Pekində keçirilən Dünya çempionatında zədəli vəziyyətdə çıxış etdiyini bildirən Anna Çiçerova bərpa olunmaq planları haqqında bunları deyib:

"Əvvəlcə mən, çox güman ki, suyu olduqca faydalı olan Ölü dənizə yollanacağam. Bir də mənə Azərbaycanın Naftalan mənbələrinə getməyi tövsiyə ediblər. Bərpa dövrü, böyük ehtimal ki, noyabrın ilk həftəsinədək davam edəcək. Sadə dillə desək, mənim istirahətim güman edildiyindən tez başladı".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/370296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR