"Real"dakı uğursuzluğun səbəbini açdı - Problem onlarla bağlıdır

“Real Madrid”in keçmiş futbolçusu Toni Kroos klubun uğursuz oyun nümayiş etdirməsindən danışıb.

Metbuat.az xəbər verir ki, “Real” xal olaraq geridə qalmasa da, oyun tərzi olaraq tənqid edilir. Bəzi dairələr bunu Kroosun klubdan getməsi ilə bağlı olduğunu irəli sürür. Kroos “Real”ın yaxşı futbol nümayiş etdirə bilməməsini keçid dövrü ilə əlaqələndirib. Onun sözlərinə görə, Kriştiano Ronaldo və Serxio Ramos kimi futbolçuların gedişindən sonra “Real”ın yeni heyəti uyğunlaşa bildi. Keçmiş futbolçu “Real”ın bunu yenidən edə biləcəyini ifadə edib.

O qeyd edib ki, klubda fərqi keyfiyyətləri yüksək olan futbolçular var, lakin kollektiv formada yaxşı oyun nümayiş etdirmək üçün futbolçular daha çox birgə oyun keçirməlidir. Kroos bildirib ki, Mbappe və Arda kimi futbolçular bir-birilərini meydanda yaxşı başa düşməsi üçün hələ bir müddət birgə oynamalıdırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR