Metroda 30 manat olan cərimə 200 manata qalxdı

Metropolitendə dəmir yoluna hər hansı əşyanın atılmasına görə cərimələr kəskin artırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə təklif İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb.

Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, dəmir yoluna əşya atmağa görə cərimənin məbləği 200 manatadək artırılır.

Qeyd edək ki, hazırda bu qayda pozuntusuna görə cərimə 30 manat təşkil edir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı