Qvardiola İspaniya futbolunun ulduzunu istəyir

"Mançester Siti" zədə səbəbindən mövsümü başa vuran Rodrinin yerinə Martin Zubimendini transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, "Mançester Siti" Zubimendi üçün ciddi büdcə ayırıb. “Relevo”nun məlumatına görə, “Mançester Siti” yarımmüdafiəçinin “Real Sosyedad” ilə hələ müqavilə yeniləməməsindən yararlanmaq istəyir və buna görə də 60 milyon avroluq sərbəst qalma şərtindən istifadə etmək istəyir.

Qeyd edək ki, bundan əvvəl "Liverpul" Zubimendi ilə ciddi maraqlansa da, futbolçu transferdən imtina edib. Cari mövsümdə "Real Sosyedad"la 10 oyun keçirən Martin Zubimendi 1 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR