Kredit borcu olanların nəzərinə - Bank bunu edə bilməz

Kredit borcu gecikən kimi banklar tərəfindən borclu şəxsin ya ailə üzvləri, ya da zaminləri ilə əlaqə saxlanılır.

Bəs bu nə dərəcədə doğrudur?

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, qanunvericiliyə əsasən, bank heç bir halda borclu şəxsin yaxınlarından borcun ödənilməsini tələb edə bilməz.

Hüquqşünas deyir ki, əgər borclunun özü bildirsə ki, onunla əlaqə saxlamaq mümkün olmayanda yaxınları ilə əlaqə yaradılsın, o zaman artıq bank sirrinin pozulmasından söhbət gedə bilməz. Çünki borclu özü bu istiqamətdə müsbət rəy verib. Lakin bu halda belə bank da sübut etməlidir ki, həqiqətən də məhz borclu imzası ilə bu məlumatı verib.

Əkrəm Həsənov onu da qeyd edib ki, ölkədə artıq bu cür işlər üzrə məhkəmə praktikası da mövcuddur.

Daha ətraflı videoda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı