Sosial sığorta haqları üzrə daxilolmalar artıb

Cari ilin yanvar-sentyabr ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 161,2 milyon manatdan çox olub.

Dövlət Vergi Xidmətindən Metbuat.az-a verilən məlumata görə, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz və ya 395,7 milyon manatdan çox artıb.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz artaraq 2,7 milyard manat təşkil edib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıb və 148,7 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,5 faiz artaraq 112,4 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 2023-ci ilin müvafiq dövrünə nisbətən 8,1 faiz artıb və 738,1 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,1 faiz artaraq 524,9 milyon manat təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı