“Günəşli” yatağındakı 256 nömrəli quyu istismara verilib

“Günəşli” yatağındakı 256 nömrəli quyu istismara verilib
18:58 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 yanvar, AzərTAc
Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 14-cü dərin dəniz özülündən 256 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, quyu Balaxanı Lay Dəstəsinin 9-cu horizontundan fontan üsulu ilə məhsul verib. Həmçinin 2683-2640 metr intervaldan gündəlik 50 ton neft və 40 000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gunesli_yatagindaki_256_nomreli_quyu_istismara_verilib-828433

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR