Azərbaycan, Bakı, 21 sentyabr /Trend/
Sentyabrın 16-da Fransanın Muluz şəhərində Azərbaycan musiqilərinden ibarət "İpək və alov" adlı festivalın açılış mərasimi olub.
Azərbaycanın Fransadakı səfirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə ilk öncə festivalın prezidenti xanım Greta Komur-Tilua çıxış edərək qonaqları salamlayıb. O, festivala dəstək vermiş qurumlara, xüsusən də Heydər Əliyev Fonduna, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə və Muluz şəhər meriyasına təşəkkürünü bildirib.
Muluz şəhər merinin beynəlxalq əlaqələr və irs üzrə müavini xanım Ann Katrin Goetz isə çıxışında Azərbaycan musiqi festivalının təşkilindən məmnunluğunu ifadə edib. O, Muluz və Azərbaycanən Yevlax şəhərləri arasında tərəfdaşliq və əməkdaşliq xartiyasinin imzalandigini xatirladaraq bundan sonra da iki ölkə arasında əlaqələrin inkişaf edəcəyinə əminliyini ifade edib.
Azərbaycanən Fransadaki səfiri Elçin Əmirbəyov isə qonaqları salamlayaraq iki ölkə arasındakı əlaqələrin inkişafından danışıb. O, bu əlaqələrin inkişafında mədəniyyətin xüsusi yerinin oldugunu, Fransada keçirilən mədəni tədbirlərin, həmçinin "İpək və alov" festivalının təşkilində Azərbaycanın Birinci xanimi Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əhəmiyyətli rol oynadığını qeyd edib. E.Əmirbəyov artıq bir necə ildir ki, Azərbaycan mədəniyyətinin və musiqisinin tanıdılmasında göstərdiyi səylərə görə, Lamoureux orkestrinin bedii direktoru, "Xocalı 613" ve "Yanardağ" əsərlərini müəllifi Pyer Tiluaya təşşkkürünü bildirib.
Sonda "İpək və Alov" festivalının əsas tərəfdaşı olan Lamoureux orkestrinin bedii direktoru Pyer Tilua çıxış edərək Azərbaycana olan sevgisindən danışıb. O, orkestrin 2015-2016-ci illər üşün programına Azırbaycan bəstəkarlarının əsərlərinin salındığını qeyd edib və sonra "İpək və Alov" festivalını açmaq üşün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestrini səhnəyə dəvət edib. Kamera orkestrinin ifasında Azırbaycan və qərb bəstəkarlarının əsərləri ifa edilib. Orkestrin ifası və peşəkarlığı tələbkar fransız tamaşaçıları tərəfindən yüksək rəğbətlə qarşılanıb.
Sentyabrın 19-a qədər davam edəcək festival çərçivəsində Azərbaycanın qədim musiqiləri, muğam və caz əsərləri ifa ediləcək. Bundan bashga, iki gün ərzində Muluz məktəbliləri üçün muğam üçlüyünə daxil olan tar, kaman və qaval barədə pedaqoji məlumatın verilməsi və əyani olaraq muğamlardan parçlar da nəzərdə tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az