Qax, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Qax Rayon Mərkəzi Xəstəxanasında talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək məqsədi ilə növbəti qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının səyyar həkim briqadası tərəfindən həyata keçirilən xeyirxah aksiya zamanı 115 könüllü qan verib.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Qaxda keçirilən qanvermə aksiyasında 115 könüllü qan verib