6 top buraxdığına görə qovuldu

6 top buraxdığına görə qovuldu
21:37 29 Yanvar 2015
188 İdman
Ölkə mətbuatı
A- A+

Şotlandiyanın "Dandi" futbol klubunun rəhbərliyi alman qapıçı Arvid Şenki komandadan qovub.
 
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb onun ölkə çempionatında "Dandi Yunayted" ilə oyunda 6 top buraxması olub.
 
Derbi "Dandi"nin 2:6 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu, qapıçının komandada ilk və sonuncu oyunu olub. 25 yaşlı qapıçı ötən ilin oktyabrında komanda ilə müqavilə bağlamışdı. Beləliklə, o, komandada cəmi 4 ay qala bilib.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/321696.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR