Ebola epidemiyası başa çatır

Ebola epidemiyası başa çatır
22:12 29 Yanvar 2015
476 Dünya
Ölkə mətbuatı
A- A+

Afrikada az qala 9 000 insanın ölümünə səbəb olmuş Ebola virusunun epidemiyası sona çatmaq üzrədir, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, ÜST məlumatına əsasən, son həftə ərzində bu xəstəliyə cəmi 99 yeni tutulma halı qeydə alınıb.
 
ÜST rəsmilərinin qeyd etdiyi kimi, bu dərəcədə az sayda xəstələnmə halları 2014-cü ilin iyun ayından bəri ilk dəfədir ki, qeydə alınıb.
 
"Ebola virusuna cavab tədbirləri ikinci mərhələyə keçib, indi əsas diqqət virusun yayılmasının qarşısını almaqdansa, virus üzərində qələbə çalınmasına verilir", ÜST tərəfindən yayılmış bəyanatda bildirilir.
 
Bunadan əvvəl Ebola virusundan ən çox sayda insan itkisi vermiş Liberiyada yerli rəsmilərə görə hazırda ölkədə yalnız beş nəfərin xəstəliyə tutulduğu həkimlər tərəfindən təsdiqlənib.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/48130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR