Ofis Tokiodakı "Ginza" ticarət kompleksində yerləşir

Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) Tokioda daşınmaz əmlaka investisiya yatırıb.

"APA-Economics"in xəbərinə görə, bu barədə "Bloomberg" xəbər verir.

Qeyd edək ki, daşınmaz əmlakın dəyəri 50 mlrd. yendən (418 mln. dollar) çoxdur.

Ofis kompleksi Tokiodakı "Ginza" ticarət kompleksində yerləşir.