Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” milli poçt operatoru kompüter parkını yeniləyir.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, belə ki, “Azərpoçt” 4 saylı Poçt Filialının kompüter təchizatını yaxşılaşdırmaq məqsədi ilə “Stabil Biznes 12” şirkəti ilə bağladığı müqavilə əsasında 9853 manat dəyərində kompüter dəstləri və HP1132 markalı printer alıb.

Bununla yanaşı, “Azərpoçt” 1 saylı Poçt Filialı da texniki avadanlıqlarını təzələyib. “Bakı-Servis” şirkəti ilə “Azərpoçt” arasında imzalanan müqaviləyə əsasən 15 min 163 manat dəyərində yeni avadanlıqlar alınıb.


Aynur Vəliyeva