Bakı, 23 sentyabr, Elvira Məmmədova, AZƏRTAC
Sentyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.
Sonra AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası” mövzusunda məruzəsi dinlənilib.
İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb.