Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu üçüncü qrant müsabiqəsini elan etməyə hazırlaşır.

Fonddan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, növbəti qrant müsabiqəsinə layihələrin qəbulu oktyabrın 1-dən noyabrın 1-dək həyata keçiriləcək.

Ötən ildən etibarən keçirilən iki qrant müsabiqəsinə ümumilikdə 323 layihə təqdim edilib, onlardan 121-i ilkin, 61-i isə kompleks ekspertizadan keçərək Fondun Müşahidə Şurasının qərarına əsasən maliyyələşdirilməsi həyata keçirilir.

Aynur Vəliyeva