Bakı, 24 sentyabr, AZƏRTAC
Ölkəmizdə dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-avqust aylarında 11,6 milyon ton yük, 1,3 milyon sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,5 faiz və 22,4 faiz azalma müşahidə edilib.
Orta hesabla sutkada 464 vaqon yüklənib, 448 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 19,1 min ton, qərb istiqaməti üzrə 5,2 min ton, cənub istiqaməti üzrə isə 2,3 min ton yüklənmə işi yerinə yetirilib.