Bu gün Topaz Premyer Liqasında VI turun oyunları davam etdiriləcək. Fanat.az хəbər verir ki, ikinci oyun günündə iki matç baş tutacaq.

Bunlardan biri "Sumqayıt"la AZAL arasında keçiriləcək. "Kapital Bank Arena"da baş tutacaq görüş saat 19.00-da başlayacaq. Oyunu FIFA referisi Rəhim Həsənov idarə edəcək.

"Sumqayıt" 5 turda 3 хal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. AZAL isə son pilləni tutur. Tərlan Əhmədovun komandası hələlik nə хal qazanıb, nə də qol vurub.

Qeyd edək ki, bu gün turun daha bir oyunu keçiriləcək və "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Bu matç da saat 19.00-da başlayacaq. Dünən baş tutan iki oyunda "İnter" "Kəpəz"i 1:0, "Qəbələ" "Rəvan"ı 3:0 hesabı ilə yenib. Tura sabah keçiriləcək "Xəzər Lənkəran" - "Zirə" görüşü ilə yekun vurulacaq.

Premyer Liqa
2015/16 mövsümü
I dövrə, VI tur

Sumqayıt - AZAL
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Vüsal Qənbərov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Xaqani Məmmədov.
"Kapital Bank Arena". Saat 19.00.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

5

4

1

0

10-5

13

2

İnter

6

4

1

1

5-3

13

3

Qəbələ

6

4

1

1

10-4

13

4

Zirə

5

2

3

0

4-2

9

5

Neftçi

5

2

2

1

6-4

8

6

Xəzər Lənkəran

5

1

3

1

5-4

6

7

Kəpəz

6

1

2

3

4-6

5

8

Sumqayıt

5

0

3

2

2-4

3

9

Rəvan

6

0

2

4

4-11

2

10

AZAL

5

0

0

5

0-7

0

Bombardirlər

Rahid Əmirquliyev (Xəzər Lənkəran), Dieqo Martins (İnter) , Aleksey Qay (Qəbələ) - 3.


Fanat.az