Albaniyada "Zjarr Televizion" telekanalının "360° grade" xəbərlər proqramı artıq dünyaca məşhurdur. Səbəb isə xəbərlər proqramının aparıcılarının studiyada yarıçılpaq, daha doğrusu, sinələri həddən artıq açıq "dekolte"li vəziyyətdə oturmalarıdır.
Milli.Az European-a istinadən bildirir ki, Tiranadakı telekanalın populyarlaşmış aparıcılarından biri də 21 yaşlı Enki Braçaj idi.
Teleaparıcı məşhurlaşmasından yararlanmaq və Playboy jurnalına çılpaq vəziyyətdə pozalar vermək qərarına gəlib.
"Zjarr Televizion"un rəhbərliyi bundan xəbər tutanda E.Braçaja Playboy jurnalından alınmış təklifə razılaşmağı yasaqlayıb.
Lakin Braçaj yasağa əhəmiyyət verməyib və sonucda işdən qovulub.
"Xəbərlər proqramını studiyada dərin dekoltedə oturub təqdim etmək ayrı, lüt soyunub fotolar çəkdirmək ayrı. Göstərişimə məhəl qoymayan, telekanalın imicinə zərbə vuracaq addımlar atan insana bizdə yer yoxdur", - "Zjarr"ın sahibi İsmət Drişti deyib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.
























