Ağstafada təşkil olunmuş səyyar kitabxana fəaliyyət dairəsini genişləndirir

Ağstafada təşkil olunmuş səyyar kitabxana fəaliyyət dairəsini genişləndirir
10:03 29 Sentyabr 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağstafa, 29 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Ağstafa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon Mərkəzi Kitabxana Sistemində səyyar kitabxana xidməti fəaliyyətə başlayıb. Yeni xidmətin təşkilində əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamına uyğun olaraq çap edilən kitabların kütləvi yayımının təmin olunmasıdır. Bu tədbirin digər bir hədəfi rayon sakinlərinin, gənclərin və təqaüdçülərin asudə vaxtının səmərəli təşkili, istirahət saatlarının mənalı keçirilməsi, kitabın təbliği və kitabxanalara daha çox oxucu cəlb edilməsini təmin etməkdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, artıq Ağstafa şəhərinin Heydər Əliyev və Səməd Vurğun adına mədəniyyət və istirahət parkları ilə yanaşı, Ceyrançöl qışlağında yaşayan sakinlər üçün də səyyar kitabxana xidməti göstərilir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agstafada_teskil_olunmus_seyyar_kitabxana_fealiyyet_dairesini_genislendirir-888051

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR