Gürcüstanın Neft və Qaz Korporasiyası: "Cənub Qaz Dəhlizi"nə alternativ görmürük

12:07 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 12:03 ]

"Cənub Qaz Dəhlizi" bütövlükdə region üçün böyük fayda verəcək

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Gürcüstan "Cənub Qaz Dəhlizi" layihəsinə alternativ görmür".

 

"APA-Economics"in məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Azərbaycan və Xəzər dənizi Neft və Qaz Həftəsi – 2015" (Azerbaijan & Caspian Sea Oil & Gas Week – 2015) konfransında Gürcüstanın Neft və Qaz Korporasiyasının (GOGC) strateji planlaşdırma üzrə məsləhətçisi David Oniani bildirib.

 

D. Onianinin sözlərinə görə, "Cənub Qaz Dəhlizi" bütövlükdə region üçün böyük fayda verəcək: "Məsələn, Gürcüstan öz nəqliyyat potensialını inkişaf etdirə, o cümlədən qlobal və regional miqyasda tranzit roluna malik olan oyunçuya çevrilə bilər. "Cənub Qaz Dəhlizi" Avropa bazarını bizim regiona daha da yaxınlaşdıracaq. Bu layihə Azərbaycan, Gürcüstan və Türkiyə iqtisadiyyatlarının daha da inkişaf etməsi üçün vacibdir və bu ölkələrin strateji planlarına uyğundur".

 

O, deyib ki, "Cənub Qaz Dəhlizi" Avropa Birliyi üçün prioritet layihələrdən biridir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398659

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR