Azərbaycan millisinin baş məşqçi əvəzi: “Vəziyyətimiz çox pis idi”

12:17 29 Sentyabr 2015
16 İdman
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 12:11 ]


Bakı – APA. “İlk 2 oyundakı məğlubiyyətdən sonra vəziyyətimiz çox pis idi”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçi əvəzi Bülənt Karslıoğlu deyib.

 

“Azərreyl”in çalışdırıcısı komandamızın Türkiyə və Belçikanın ardınca Macarıstana da məğlubiyyətinin səbəblərini açıqlayıb. O bildirib ki, 1:3 hesablı uduzmalarında voleybolçuların durumu mühüm rol oynayıb: “Aparıcı oyunçularımızdan biri Odina Bayramovanın zədəsini təzələməsindən sonra durumumuz daha da pis oldu. Bundan başqa, toppaylayıcımız Oksana Kurt bacarığını tam göstərə bilmədi. Nəticədə bu Avropa çempionatı bizim üçün başa çatdı. İndi komandamızın gələcəyi barədə düşünəcəyik”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398662

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR