"Barselona"nın La Liqadan çıxması problem deyil"

"Barselona"nın La Liqadan çıxması problem deyil"
15:12 29 Sentyabr 2015
39 İdman
Ölkə mətbuatı
A- A+

"Bavariya"nın baş məşqçisi Xosep Qvardiola sabiq klubu "Barselona"nın İspaniya La Liqasını tərk etməsində problem görmür.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, ötən həftə Kataloniyanın İspaniyanın tərkibindən ayrılması ilə bağlı keçirilən qanunsuz referendumda iştirak edən Qvardiola "müstəqilliyin" lehinə səs verib.
  
"Barselona"nın La Liqanı tərk etməsi insanlar üçün az problem yaradar. Sadə adamlar futbol deyil, həyatlarının yaxşılığı üçün seçim edirlər. Bu, ən vacib məsələdir. Əlbəttə, "Barselona"nın İspaniya çempionatını tərk etməsi onun özü üçün yaxşı olmaz. Amma eyni zamanda, bu La Liqaya da problem yaradacaq. İstənilən halda biz hadisələrin gedişatını gözləməliyik".

Qeyd edək ki, Kataloniyanın öz müstəqilliyini elan edərək İspaniyanın tərkibindən ayrılmaq niyyətindən sonra bu bölgəni təmsil edən "Barselona"nın La Liqanı tərk edəcəyi bildirilib.

Əlavə edək ki, rəsmi Madrid Kataloniyadakı seçkini qanunsuz adlandırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/372128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR