Milli Parkdakı ağacları kim qırır? - FOTO

Milli Parkdakı ağacları kim qırır? - FOTO
15:52 29 Sentyabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Bəzi işbazlar sahənin kol-kos olduğunu iddia edib arı saxlamaq məqsədi ilə icarəyə götürdükləri haqda düzəltdikləri saxta sənədləri göstərərək Altıağac Milli Parkının ərazisindəki ağacları qırır, fərdi yaşayış evləri tikdirirlər

Xızı rayonunun vətəndaşı Aydın Məmmədov qafqazinfo-ya müraciət edib. Onun sözlərinə görə 27 senyabr tarixində, yəni bazar günü, saat 9:30 radələrində istirahət üçün Altıağac Milli Parkına getdiyi zaman ərazidə traktorun işlədiyini görüb. A.Məmmədov parka aid olan meşə sahəsində (Altıağac kəndinin "at qəbiristanlığı" deyilən ərazidə) ağacların qırıldığını deyib: "Mən əraziyə çatdığım zaman traktor artıq bir necə ağacı kökündən çıxartmışdı. Mənim onun şəkillərini çəkdiyimi görən traktorçu sifariş əsasında iş gördüyünü bildirdi. Hər hansı bir şikayətim olduğu təqdirdə sifarişçiyə zəng etməyimi deyib işinə davam etməyə başladı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 qaynar xəttinə və Xızı rayon İcra Hakimiyyətinə dəfələrlə zəng etsəm də, istirahət günü olduğundan cavab verən olmadı. Traktorçu inadkarlığımı görüb "işbazlarla" əlaqə saxladıqdan sonra işini yarımçıq qoyaraq hadisə yerini tərk etdi".

A.Məmmədov onu da qeyd edib ki, bu ərazidə yaşanan birinci hal deyil: "Bəzi işbazlar sahənin kol-kos olduğunu, arı saxlamaq məqsədi ilə icarəyə götürdükləri haqda düzəltdikləri saxta sənədləri göstərərək Altıağac Milli Parkının ərazisindəki ağacları qırır, fərdi yaşayış evləri tikdirirlər. Maraqlısı odur ki, yol çəkilməsi planlanan sahədə 5-6 irigövdəli ağac birdən-birə qurumağa başlayıb".

Məsələ ilə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxladıq. Mətbuat katibi sözügedən ərazinin Milli Parkın ərazisi olmadığını bildirib: "Məsələ ilə bağlı Nazirliyin müvafiq yerli ərazi ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır və yaxın zamanda geniş məlumat veriləcək".

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/372145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR