​Araz Abdullayev "Neftçi"yə və milli komandaya kömək edə bilməyəcək

​Araz Abdullayev "Neftçi"yə və milli komandaya kömək edə bilməyəcək
18:32 29 Sentyabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 sentyabr. REPORT.AZ/ "Neftçi" klubunun futbolçusu Araz Abdullayev 3 həftəyədək yaşıl meydanlardan uzaq qalacaq. Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tibbi müayinə nəticəsində 23 yaşlı yarımmüdafiəçinin sağ ayaq bağlarında qırıq aşkarlanıb.
Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ"la oyunda zədələnərək meydanı tərk edən kapitan "Zirə" və "Qəbələ" klubları ilə oyunu tribunadan izləməli olacaq. Zədə səbəbindən 23 yaşlı yarımmüdafiəçi Azərbaycan milli komandasının heyətində AVRO-2016-nın seçmə mərhələsində Bakıda İtaliya və səfərdə Bolqarıstana qarşı keçiriləcək oyunda forma geyinə bilməyəcək.
Qeyd edək ki, Araz Abdullayev "Qarabağ"la oyunun 10-cu dəqiqəsində zədələnərək yerini Ruslan Qurbanova verib.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/araz-abdullayev-neftci-ye-ve-milli-komandaya-komek-ede-bilmeyecek1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR