Azərbaycanlı yazıçının oğlu klub prezidenti oldu

Azərbaycanlı yazıçının oğlu klub prezidenti oldu
21:16 29 Sentyabr 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

"Azəryol" voleybol klubunun rəhbərliyində dəyişiklik edilib.

ANS PRESS-in məlumatına görə, Cəmil Rüstəmxanlı klubun prezidenti seçilib.

Bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb. Rüstəmxanlı bu vəzifədə Cavid Qurbanovu əvəz edib. Aparılan dəyişiklərdən sonra Yusif Atakişiyev "Azəryol"un icraçı direktoru , Aleksandr Çervyakov isə baş məşqçi təyin edilib. Klubun sabiq icraçı direktoru Zöhrab Gözəlbəyli isə "Azərreyl" klubunda eyni vəzifəyə keçib.


"Azəryol" voleybol klubunun yeni prezidenti Cəmil Rüstəmxanlı.

Klubda baş məşqçi vəzifəsi Bülent Karslıoğluna tapşırılıb. "Azərreyl" in prezidenti isə hələ ki, seçilməyib. Cəmil Rüstəmxanlı "Azəryolservis" ASC-nin sədr müavinidir. O, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının oğludur. Cavid Qurbanov isə "Azəryolservis"in sabiq, "Azərbaycan Dəmir Yolları" QSC-nin hazırkı sədridir.

“Azəryol” voleybol klubu Azərbaycanın ilk voleybol klubudur. 2001-ci ildən “Azərreyl” adı ilə fəaliyyətə başlamış “Azəryol” komandası ölkəmizi beynəlxalq arenalarda tanıdan ilk klubdur. 2001-2002 “Avropa Top Komandalar Kuboku”nda ölkəmizi təmsil etmiş və finala kimi irəliləyərək qızıl medalların sahibi olmuşdur. “Azəryol” 2002/2003 - ci il “İndezit Avropa Çempionlar Liqası”nda iştirak edib.


"Azəryol" voleybol klubunun yeni

2003/2004- “İndezit Avropa Çempionlar Liqası”nda IV yerin sahibi olan klub 2004-2005/2006- illərdə “İndezit Avropa Çempionlar Liqası”nda Pley-off mərhələsinə kimi irəliləyib. 2011/2012-2012/2013- mövsümlərində klub “Avropa Çempionlar Liqası”nda Pley-off-6 mərhələsinə kimi irəliləyib.

2013/2014 -mövsümündən 2001-ci ildən fəaliyyət göstərən “Azərreyl” voleybol klubu “Azəryol” adı ilə fəaliyyət göstərməyə başlayıb. Həmin mövsüm “Azəryol” komandası “Avropa Çempionlar Liqası”nda iştirak etsə də qrup mərhələsindən sonra “CEV kuboku”nda mübarizəni davam etdirmiş və 1/2 finala kimi irəliləmişdir.

Avro kuboklarla birgə “Azəryol” voleybol klubu Azərbaycan çempionatında və Azərbaycan kubokunda da iştirak edib. Bu günə kimi bir dəfə “Azərbaycan kuboku”nun və “Azərbaycan Çempionatı”nda gümuş və bürünc medalların sahibi olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=361543

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR