Bakı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun adını daşıyan 23 nömrəli tam orta məktəbdə onun əziz xatirəsini anma mərasimi keçirilib.
Tədbirdə məktəbin direktoru Yuliya Kərimova və başqaları çıxış edərək qəhrəmanın şərəfli həyat və döyüş yolundan, doğma Vətən, torpaq naminə göstərdiyi fədakarlıqlardan danışıblar.
Sonra ədəbi-bədii kompozisiya nümayiş etdirilib.