Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/
Alışqanla ehtiyatsız davrandığından yanıq xəsarəti almış 3 yaşlı Buzovna qəsəbə sakini xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 28-də Xəzər rayonunun Buzovna qəsəbəsində qəsəbə sakini, 3 yaşlı Xəyal Mehdiyev alışqanla ehtiyatsız davrandığından yanıq xəsarəti alıb.
Xəstəxanaya yerləşdirilmiş X.Mehdiyev sentyabrın 29-da orada ölüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az