Tanınmış azərbaycanlı prodüser Vəfa Vaqifqızı (Məmmədova) həbs edilib.
Axşam.az xəbər verir ki, bu haqda vesti.az məlumat yayıb. Məlumata görə, V.Məmmədova qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinir. Şou-biznesdə bir çox tanınmış müğənnilərlə çalışan xanım prodüser dekabrda tutulsa da, bu barədə məlumatlar son günlərdə yayılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Lent.az
***
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Vəfa Vaqifqızı əməkdar artist Nüşabə Ələsgərli, Nazənin, Mənzurə Musayevanın prodüserliyini edib. O, alver məqsədi ilə müğənni Kərim Abbasovla bərabər Türkiyədən paltar gətirirmiş.