Polşanın ölkəmizdəki səfiri Kşiştof Krayevski sərhəd kəndlərinə getmək istəyir

Samux rayonunda səfərdə olan səfir Kşiştof Krayevski Lent.az-ın Gəncəbasar müxbirinə bildirib ki, Polşa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıdır.

Səfir onu da deyib ki, Azərbaycanın qərb bölgəsi ilə yaxından tanış olmaq istəyir.
Cənab Krayevski sərhəd kəndlərinə səfər etmək fikrindədir. Məqsədi sərhəd kəndlərindəki mövcud vəziyyətlə,əhalinin yaşayışı ilə tanış olmaqdır. Lakin səfir səfərinin dəqiq vaxtını açıqlamayıb.

Vüsalə Cənnətova