Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

07:32 28 Dekabr 2014
59 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 28 Dekabr 2014 07:30 ]

Bakı-APA. Dekabrın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın dekabrın 13-də və 24-də keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

 

APA-nın MSK –nın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Komissiya Seçki Məcəlləsinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq müraciətlərə iclasda operativ şəkildə baxaraq müvafiq qərarlar qəbul edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR