Bakı, 30 sentyabr, Elvin Camalov, AZƏRTAC
Hindistanda məhkəməsi 2006-ci ildə Mumbai şəhərində şəhərətrafı istiqmətlərə hərəkət edən qatarlara təşkil olunmuş hücumlarla əlaqədar təqsirkar bilinən 12 nəfərindən 5-ni edam hökmünə məhkum edib.
AZƏRTAC “tr.euronews.com” saytına istinadla xəbər verir ki, məhkəmə Hindistana qarşı müharibə elan etmək, suiqəsd və cinayətlərdən təqsirləndirlən 7 nəfərə isə ömürlük həbs cəzası verib.
Məhkumların Hindistan İslam Tələbə Hərəkatına mənsub olduğu bildirilib.
2006-ci ildə Mumbai şəhərinin şəhərətrafı hərəkət edən qatara təşkil edilən hücum zamanı 180-dən artıq insan ölmüş və yüzlərlə adam yaralmışdı.