İstanbul, 30 sentyabr, AZƏRTAC
Türkiyənin Hərbi Dəniz Qüvvələri bu vaxtadək Avropaya qeyri-qanuni yolla hərəkət edərkən dəniz sularında batmaq təhlükəsi ilə üzləşən 53 min 874 nəfəri ölümdən xilas edib. Dəniz sularından 2812 nəfərin cəsədi çıxarılıb.
Anadolu Agentliyi xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, hazırda dünyada qaçqın statusunda olan və yaxud öz yurdunu məcburən tərk edənlərin ümumi sayı 50 milyon nəfəri keçib. Suriya və İraqdan olmaqla 2,2 milyon qaçqına sığınacaq verən Türkiyə onların məskunlaşmasına ümumilikdə 7,6 milyard ABŞ dolları xərcləyib. Bu vəsaitin az miqdarı donorların yardımıdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul