[ 30 Yanvar 2015 17:45 ]


Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ildə Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 126,470 mln. manat həcmində ipoteka krediti verilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 45,68% çoxdur.

“APA-Economics”in xəbərinə görə, bu barədə məlumat fondun saytında yerləşdirilib.

Kreditlər üzrə təhlil

Məlumata görə, ötən il 1135-i güzəştli olmaqla, ümumilikdə 2240 ipoteka krediti verilib. 2014-cü ildə 130 mln. 195,4 min manatlıq güzəştli, 435 mln. 156,61 min manatlıq adi ipoteka krediti verilib.

Ötən il dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi kəskin artıb - TƏHLİL

Başqa sözlə, 2015-ci ilin yanvarın 1-nə, ipoteka kreditlərinin sayı 15 842-yə, ümumi həcmi isə 557 mln. 370,6 min manata çatıb.

Ötən il dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi kəskin artıb - TƏHLİL

Ötən il dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi kəskin artıb - TƏHLİL

Ümumiyyətlə, dövlət ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək fond xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 633,280 mln. manat təşkil edib.

İpoteka kreditlərinin maliyyələşdirilməsi üçün cəlb edilmiş vəsaitlərin 38,8%-i dövlət büdcəsi, 61,2%-i qiymətli kağızların payına düşüb.

Ötən il dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi kəskin artıb - TƏHLİL

Güzəştli şərtlərlə ipoteka krediti alanların 80%-ni hərbi qulluqçular, 8,1%-ni dövlət qulluqçuları, 7,9%-ni məcburi köçkünlər, 2,1%-ni elmlər namizədləri, 1,4 %-ni idmançılar, 0,3 %-ni şəhid ailələri təşkil edib.

Ötən il dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi kəskin artıb - TƏHLİL

Borcalanlar üzrə təhlil

2014-cü ildə adi və güzəştli ipoteka krediti üzrə borcalanların 82,7%-ni kişilər, 17,3%-ni qadınlar təşkil edir.

Ötən il dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi kəskin artıb - TƏHLİL

Ailə vəziyyətinə gəlincə, ipoteka krediti alanların 67,9%-i evli, 32,1%-i subaydır.

Ötən il dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi kəskin artıb - TƏHLİL

Borcalanların 37,9%-i 18-29 yaş, 33,1%-i 30-35 yaş arasında, 29%-i isə 36 yaşdan yuxarı olub.

Ötən il dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi kəskin artıb - TƏHLİL

İpoteka krediti alanların 57,3%-i dövlət sektorunda, 42,7%-i özəl sektorda çalışır.

Ötən il dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi kəskin artıb - TƏHLİL

Borcalanların iş yerinə görə pay bölgüsünə gəlincə, onların 32,8%-i dövlət xidmət sahəsində, 29,6%-i müəssisə və firmalarda, 23,8%-i bank-maliyyə sektorunda, 13,8%-i neft-qaz sektorunda işləyir.

Ötən il dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi kəskin artıb - TƏHLİL

Borcalanların aylıq gəlirinə nəzər salanda isə məlum olur ki, onların 33,9%-nin məvacibi 1100 manatdan yüksəkdir. İpotekadan yararlananların 21,7%-nin maaşı 700-900 manat, 19,1%-nin 500-700, 15,3%-nin 900-1100, 7,6%-nin 300-500 manatdır. Borcalanların 2,4%nin əmək haqqısı 300 manatdan aşağıdır.

Ötən il dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi kəskin artıb - TƏHLİL

İpoteka predmeti üzrə təhlil

İpoteka krediti hesabına alınan mənzillərin əksəriyyəti Bakı, Sumqayıt, Abşeron, Gəncə və Naxçıvanda yerləşir.

Ötən il dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi kəskin artıb - TƏHLİL

Bakı şəhərində ipoteka kreditlərinin inzibati rayonlar üzrə bölgüsünə gəlincə, ipoteka yolu ilə alınan mənzillərin 22,3%-i Xətai, 15,8%-i Yasamal, 14,2%-i Binəqədi, 11,2%-i Nəsimi, 9,5%-i Nizami, 8,3%-i Nərimanov, 6,4%-i Suraxanı, 4,6%-i Sabunçu, 3,9%-i Səbail, 2,6%- Qaradağ rayonunda yerləşir.

Ötən il dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi kəskin artıb - TƏHLİL

İpoteka yolu ilə alınan mənzillərin 56,4%-nin qiyməti 30 000-60 000 manat arasındadır. Bu yolla alınan mənzillərin 34,7%-nin dəyəri 60 000-90 000 manat, 4,3%-nin 90 000-120 000 manatdır, 1,8%-nin dəyəri isə 120 000 manatdan yüksəkdir. İpoteka yolu ilə alınan mənzillərin 2,9%-nin qiyməti 30 min manatdan aşağı olub.

Ötən il dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi kəskin artıb - TƏHLİL

Bu mənzillərin 41,8%-nin sahəsi 40-60, 29,8%-nin 60-80, 10,8%-nin 80-100, 3,9%-nin 100-120 kvadratmetr arasındadır. Bu yolla alınan mənzillərin 9,2%-nin sahəsi 40 kvadratmetrdən azdır, 4,5%-nin isə sahəsi 120 kvadratmetrdən çoxdur.

Ötən il dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi kəskin artıb - TƏHLİL

Qeyd edək ki, ipoteka yolu ilə alınan fərdi mənzillərin 93%-i çoxmənzilli binalarda yerləşir, mənzillərin 7%-ni isə həyət evləri təşkil edir.

Ötən il dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi kəskin artıb - TƏHLİL