Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəssisəsi bələdiyyənin qərarını ləğv etdirmək istəyir
Paylaş
·57 baxış·1 dəq oxu
Bakı. 2 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsi Quba rayon Qaladüz bələdiyyəsini məhkəməyə verib. "Report”un məlumatına görə, ETSN-in müəssisəsi bələdiyyənin verdiyi qərarın, alqı-satqı aktının, çıxarışın və torpağın plan və ölçüsünün etibarsız hesab olunmasını tələb edir. İddiaya Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılır.