Əməkdar artist Nüşabə Ələsgərli “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni həyatda heç bir istəyinə qadağa qoymadığını deyib:

“Ürəyim nəsə istəyirsə, bunda özümə qadağa qoymuram. Nə istəyirəm onu da edirəm. Bilirəm ki, bu işin axırı yaxşı deyil, səhv olacaq. Yenə də o addımı atıram. Sonra peşman olmuşam. Amma heç üzülməmişəm. Özü yıxılan ağlamaz. Etdiyim səhvlərə görə acı çəkməmişəm”.