Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində “Kompüter”, “Bərbər”(kişi-qadın), “Ağac üzərində oyma”, “Toxuculuq”, “Tikiş” və “Aşbaz köməkçisi” kursları üzrə növbəti imtahan keçirildi.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, imtahanda 30 nəfər iştirak etdi. Komissiyanın qərarına görə 20 nəfərə öyrəndikləri peşələr üzrə sertifikat, 5 nəfərə isə arayış verildi. Digər 5 nəfərə isə fərdi yanaşılaraq kurs müddətinin bir ay uzadılmasına qərar verildi.

