ABŞ-dan Puerto Rikoya gedən karqo gəmisi Bermud üçbucağı adlanan ərazidə yoxa çıxıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, "Al Faro" adlı gəmi ilə ən son əlaqə üç gün bundan əvvəl yaradılıb.

Həmin vaxt gəmi Kroked adaları yaxınlığında olub. İtən gəminin tapılması istiqamətində ABŞ-ın hərbi hava və dəniz qüvvələri tərəfindən axtarışlara başlanılıb. Ehtimal edilir ki, gəmi Bermud ərazisində olarkən, yaranan Joakuin qasırğası nəticəsində batıb.

Milli.Az