Tovuz, 5 oktyabr, AZƏRTAC
Tovuz rayonu respublikanın iri kartofçuluq rayonlarından sayılır. Rayonun sahibkarları bu il 7 min 668 hektar sahədə bol kartof məhsulu yetişdiriblər.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, kartofçuluqla məşğul olan fermerlər artıq sahələrdən 164 min 859 ton məhsul əldə ediblər. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8904 ton çoxdur. Hektardan orta məhsuldarlıq 215,5 sentner təşkil edir.
Hazırda rayonun dağ kəndlərində kartof yığımı davam edir.