ANS yenə də seçildi

ANS yenə də seçildi
13:36 28 Dekabr 2014
158 Digər
Ölkə mətbuatı
A- A+

ANS TV iİlin idman telekanalı seçilib.

ANS PRESS-in məlumatına görə, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2014-cü ilin idman laureatlarını elan edib. Elanda ilin idman telekanalı adına tək laureat ANS telekanalıdır.

Qeyd edək ki, AİJA prezidenti, Avropa İdman Mətbuatı İttifaqı AİPS EUROPE/UEPS İcraiyyə Komitəsinin üzvü, əməkdar jurnalist Eldar İsmayılov şəxsi imzası ilə göndərilən rəsmi məlumatda idman jurnalistlərini yeni təqvim ilinin gəlişi münasibətilə təbrik edir. Məlumatda deyilir: “Hamınıza xoş arzularımızı ünvanlayır, Azərbaycanın tərəqqisi, idmanımızın inkişafı yolunda fədakar fəaliyyətinizdə uğurlar və yaradıcılıq zirvələri diləyirik!”

İdman mediası yaradıcı əməkdaşlarının peşəkar birliyi olan AİJA-nın versiyasına görə 2014-cü ilin idman laureatları bunlardır:

İlin idman telekanalı - ANS

İlin İdman Jurnalisti:

İdman qəzetləri üzrə: Bəxtiyar Məmmədov (“İdman”)
Futbol qəzetləri üzrə: İlqar Tağıyev (“Het-trik”)
İdman jurnalları üzrə: Aysel Sultanova (“Olimp sport”)
İctimai-siyasi qəzetlər üzrə: Rüstəm Piriyev (“Exo”)
Telejurnalist: Tural Xudiyev (Spase TV)
İnformasiya agentlikləri üzrə: Elvin Mövsümov (AzərTAc)
İnternet portalları üzrə: İbrahim Cəfərov (futbolxəbər.az)

İlin fotoreportyoru

Dilavər Nəcəfov “İdman” qəzeti, “Azpress.az”

İlin qəzeti

İdman qəzetləri arasında: “İdman”
Futbol qəzetləri arasında: “Çempion”
Rəsmi qəzetlər arasında: “Azərbaycan”
İctimai-siyasi qəzetlərdən: “İki sahil”
Rus dilində çıxan qəzetlərdən: “Exo”

İlin idman radiosu

Azərbaycan Radiosu

İlin idman mətbuat xidməti
Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti

İlin internet portalı
İdman saytları arasında: “Qol.az”
İnformasiya saytları arasında: “Publika.az”

İlin İnformasiya Agentliyi

AzərTAc

İlin İdman Xadimi
Azad Rəhimov - Azərbaycan Gənclər və idman naziri

İlin idman təşkilatçısı

Qabil Mehdiyev Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci Konqresi TK-nin məsul katibi

İlin qadın İdmançısı

1. Mariya Stadnik güləş, Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı
2. Yelena Vıstropova boks, Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı
3. Marina Durunda bədii gimnastika, Avropa çempionatının mükafatçısı

İlin kişi idmançısı

1. Hacı Əliyev güləş, dünya və Avropa çempionu
2. Orxan Səfərov cüdo, üç dəfə qran-pri və “Böyük dəbiilqə” turnirinin qalibi
3. Fərid Mayılov kunq-fu, dünya və Avropa çempionu

İlin komandası

1. “Qarabağ” FK Avrokuboklarda uğurlu çıxış
2. Voleybol üzrə milli komanda (qadınlar) Dünya çempionatının final mərhələsi
3. Karate üzrə milli komanda Avropa çempionu

İlin məşqçisi
1. Qurban Qurbanov “Qarabağ” FK-nın baş məşqçisi
2. Aleksandr Çervyakov voleybol üzrə milli komandanın (qadınlar) baş məşqçisi
3. Marina Vasilyeva bədii gimnastika üzrə milli komandanın baş məşqçisi

İlin idman hakimi

Fuad Aslanov boks, Yeniyetmələrin Olimpiya Oyunları-2014

İlin idman azarkeşi
Zeynəb Binnətli

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR