Anlaşmanın tərəfdaşları arasında Şimali Amerikadan ABŞ, Kanada və Meksika, Cənubi Amerikadan Peru və Çili, Asiyadan Yaponiya, Malayziya, Bruney, Sinqapur və Vyetnamla yanaşı Avstraliya və Yeni Zelandiya yer alıb.
Anlaşma ilə əlaqədar ABŞ və Yaponiya rəsmiləri müxtəlif fikirlər səsləndiriblər. ABŞ prezidenti Barak Obama vurğulayıb ki, TPP-nin yaradılması Çin kimi ölkələrin dünyaya oyun qaydalarını diktə etməyə izn verməyəcək. Yaponiya baş naziri Sindzo Abe isə mətbuat konfransında "Çinin gələcəkdə "TPP"-ə daxil olmasının strateji bir qərar olacağını vurğulayıb.