İsmayıllı, 31 yanvar, AzərTAc
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Gününə həsr edilən mini futbol üzrə rayon çempionatı keçirilib.
AzərTAc xəbər verir ki, İsmayıllı Olimpiya İdman Kompleksində keçirilən çempionatda rayonun idarə, müəssisə və təşkilatlarından 12 komanda iştirak edib.
Qarşılaşmada 12 saylı Yol Yaşıllaşdırma MMC-nin komandası birinci, “İsmayıllı Tikinti-22” MMC-nin komandası ikinci, “Şato-monolit” şirkətinin komandası isə üçüncü yeri tutublar.
Qaliblərə gənclər və idman idarəsinin kuboku və diplomları verilib.