Axşam.az-ın məlumatına görə, prodüserin müğənnilərlə yeni fotosu yayılıb. Belə ki, əməkdar artist Rühəngiz Allahverdiyeva müğənni Xuraman Şuşalı və V.Vaqifqızı ilə çəkdirdiyi şəkli İnstaqram səhifəsində paylaşıb. Onlar ötən gün restoranların birində bir araya gəliblər.
Xatırladaq ki, V.Vaqifqızı qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinərək, həbs edilmişdi. Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, prodüser xanım barəsində iki aylıq həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasına göndərilmişdi.
Qeyd edək ki, Vəfa Vaqifqızı Nüşabə Ələsgərli, Nazənin və bir çox məşhur müğənninin, bəzi telekanallarında yayımlanan maqazin verilişlərinin prodüseri olub.
